Medianews.az
Məşhur aktrisa cinsi zorakılığa
106 baxış

Məşhur aktrisa cinsi zorakılığa məruz qaldı

Tailandda tanınmış aktrisa və model Kristin Qulasatri Mixalski xilasetmə işçisi tərəfindən cinsi zorakılıqa məruz qalıb.

Medianews.az xəbər verir ki, martın 31-də aktrisa hadisə ilə bağlı sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, xəstəxanaya düşmədən əvvəl xilasetmə işçisi ona cinsi zorakılığa məruz qalıb. 30 yaşlı aktrisanın sözlərinə görə, kişi həm də mobil telefonla onun çılpaq şəkillərini çəkib. Mixalski səhhətinin pis olması səbəbindən müqavimət göstərə bilmədiyini, lakin tam şüurlu olduğunu deyib.

Aprelin 1-də o, polisə rəsmi şikayət ərizəsi yazıb. Şübhəli əvvəlcə ittihamı inkar etsə də, sonradan günahını etiraf edib. Ona “müqavimət göstərə bilməyən insana qarşı zorakılıq” maddəsi ilə ittiham irəli sürülüb. Kişi 10 ilədək həbs və 200 min bat cərimə ilə üzləşə bilər.

Medianews.az

Bizə qoşulun