Medianews.az
Məktəbli qıza təcavüz edib
97 baxış

Məktəbli qıza təcavüz edib quyuya atdılar

Hindistanda 10-cu sinifdə oxuyan məktəbli qız beş nəfər tərəfindən zorlanaraq quyuya atılıb.

Medianews.az xəbər verir ki, hadisə Bihar ştatında baş verib.

Məlumata görə, hadisəni törədənlər qızı tutaraq bir binaya aparıb və hamamda ona qarşı zorakılıq ediblər. Qızın qışqırıqlarını eşidən yerli sakinlər hadisədən şübhələniblər. Tutula biləcəklərini anlayan şəxslər qızı quyuya ataraq qaçıblar. Məktəbli aldığı xəsarətlər nəticəsində həyatını itirib.

Şübhəlilər hadisə yerindən qaçsalar da, polis onlardan birini saxlayıb, digərlərinin axtarışı davam edir.

Qızın bacısının sözlərinə görə, ailə həmin şəxslərin hamısını tanıyır.

Medianews.az

Bizə qoşulun