Medianews.az
Litvada yeni hərbi zavod
90 baxış

Litvada yeni hərbi zavod inşa olunacaq

Litvanın böyük tikinti şirkəti "YIT Lietuva" Alman Leopard 2A8 tanklarının yığılması və texniki xidməti üçün zavod tikmək üçün Litva Müdafiə Xidmətləri ilə müqavilə imzalayıb. 

Medianews.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, layihənin ümumi dəyəri təxminən 30 milyon avrodur.

Tikinti işlərinə bu ilin avqust ayında başlanacaq və 2027-ci ilin noyabr ayında başa çatdırılması planlaşdırılır. 

Yeni zavod Respublikanın Kaunas Azad İqtisadi Zonasında təxminən 10 hektar ərazidə yerləşəcək. Kompleksə əsas istehsal binası və köməkçi qurğular daxil olacaq.

Bizə qoşulun