Fransa millisinin hücumçusu Kilian Mbappe Dünya Çempionatının qrup mərhələsində Seneqala qarşı keçirəcəkləri ilk oyun öncəsi maraqlı açıqlama verib.
Medianews.az xəbər verir ki, ulduz futbolçu rəqibləri barədə danışarkən Afrika Kubokunun qalibinin kim olduğunu dəqiq xatırlaya bilməyib:
"Biz Afrika çempionu ilə qarşılaşırıq... Baxmayaraq ki, düzü, finalda kimin qalib gəldiyini tam bilmirəm – Mərakeş, yoxsa Seneqal. Gəlin elə hesab edək ki, Seneqal Afrika çempionudur!"
Qeyd edək ki, turnirin son qalibi elə məhz finalda Mərakeşi 1:0 hesabı ilə məğlub edən Seneqal millisidir. Fransa və Seneqal yığmaları arasında keçiriləcək qarşılaşma iyunun 16-da baş tutacaq.
Medianews.az