"Barselona"nın sabiq hücumçusu Robert Levandovski bildirib ki, İspaniya millisinin gənc ulduzu Lamin Yamal DÇ-2026-da ən yaxşı oyununu nümayiş etdirməyib.
Medianews.az xəbər verir ki, polşalı futbolçunun sözlərinə görə, Yamal turnirə bud nahiyəsindən aldığı zədədən sonra gəldiyi və təxminən 8 həftə oynamadığı üçün tam hazır deyildi.
Buna baxmayaraq, 19 yaşlı vinger mundialda 8 oyuna çıxıb, 1 qol vurub, turnirin ən çox uğurlu driblinq edən futbolçusu olub və komandasının dünya çempionu olmasına töhfə verib.
Levandovski həmçinin qeyd edib ki, "Barselona"dan tanıdığı futbolçuların çoxluğuna görə mundialda İspaniya millisinə azarkeşlik edib. Onun fikrincə, gənc heyət böyük potensiala malikdir və qarşıda onları parlaq gələcək gözləyir.
Medianews.az