Medianews.az
Matteus:
84 baxış

Matteus: Almaniya İspaniyadan öyrənməlidir

Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus hesab edir ki, ölkə futbolu DÇ-2026-nın qalibi olan İspaniyadan nümunə götürməlidir.

Medianews.az xəbər verir ki, Matteus Almaniyada istedadlı gənc futbolçuların kifayət qədər olduğunu, lakin onların ərköyün böyüdülməməsinin və düzgün istiqamətləndirilməsinin vacibliyini bildirib.

O, İspaniya gənclərinin psixoloji baxımdan daha dayanıqlı olduğunu vurğulayaraq, Almaniya millisinin futbolçularının "Real Madrid", "Arsenal" və "Bavariya" kimi nəhəng klublarda çıxış etdiyini və yüksək səviyyələrini artıq sübut etdiklərini qeyd edib.

Medianews.az

Bizə qoşulun