Medianews.az
Kamal Abdulla qalmaqallı açıqlamasına aydınlıq gətirdi –
229 baxış

Kamal Abdulla qalmaqallı açıqlamasına aydınlıq gətirdi – ÖZƏL

Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla “Qafqazinfo”ya müsahibəsində səsləndirdiyi fikirlərlə əlaqədar xüsusilə sosial şəbəkələrdə yayılan bəzi şərhlərə münasibət bildirib.

Medianews.az-a açıqlamasında K.Abdulla deyib:

“Təəssüf ki, bəzi insanların müsahibənin başlığına çıxarılmış bir cümlədən istifadə edərək, amma müsahibəni oxumadan mənə qarşı hücum xarakterli yazılarına, şərhlərinə rast gəldim. Halbuki həmin cümlənin kontekstinə baxmaq lazımdır. Kontekst isə bundan ibarətdir ki, bəli, bəzi qadınların yeri mətbəxdir, uşaqları ilə məşğul olmaqdır, amma elə qadınlarımız var, potensialları imkan verir ki, həyatımızın müxtəlif istiqamətlərində öz bacarıqlarını ortaya qoysunlar. Məsələn, tibb, ədəbiyyat, siyasət və sair istiqamətlərdə elə yerlər var ki, onları bacarıqlı, öz işini mükəmməl bilən qadınlarsız təsəvvür eləmək mümkün deyil. Bu cümlələri bir yerdə götürəndə biz bugünkü reallığımızı görürük. Yəni elə qadınlar var, yerləri mətbəxdir, onlar mətbəxdə ailələrinə daha yaxşı xeyir verirlər. Mətbəx deyəndə ümumiyyətlə ailə ilə məşğul olmağı nəzərdə tuturam, yəni ailənin formalaşmasını nəzərdə tuturam. Amma elə qadınlar da var, real həyatımız göstərir ki, onlar cəmiyyətin müxtəlif istiqamətlərində öz sözlərini açıq şəkildə deyirlər.

Bu konteksti görmədən, duymadan müsahibəmə qiymət verən insanlar elə həmin o şərhlərə layiq insanlardır”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun