2026-cı ilin futbol üzrə dünya çempionatında penaltilərin reallaşdırılması göstəriciləri müvafiq statistikanın aparılmasından bəri turnir tarixində ən aşağı rəqəm olub.
Bu barədə "Opta Analyst" məlumat yayıb.
Məlumata görə, əlavə vaxtlardan sonrakı penalti seriyaları da daxil olmaqla, futbolçular 59 penaltidən 20-sini qaçırıblar. Beləliklə, reallaşma göstəricisi cəmi 66,1 % təşkil edib ki, bu da 1966 - cı ildən bəri dünya çempionatları tarixində ən pis nəticədir.
Bu tendensiya ardıcıl bir neçə turnirdə davam edir: 2014-cü ildən bəri hər dünya çempionatında penaltilərin reallaşma nisbəti azalıb./"Report"