Medianews.az
Jurnalistin “müharibə olacaq?” sualına-
128 baxış

Jurnalistin “müharibə olacaq?” sualına- Paşinyandan CAVAB

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin brifinqi zamanı müharibə ehtimalı ilə bağlı səsləndirdiyi açıqlamalarına dair ona ünvanlanan sualı cavablandırıb.

Medianews.az globalinfoaz-a istinadən xəbər verir ki, jurnalistlər ona seçki öncəsi dövrdə dediyi, “Əgər parlament çoxluğu əldə olunmasa, sentyabrda müharibə ola bilər”, – fikrini xatırladaraq hazırda belə bir təhlükənin olub-olmaması barədə soruşublar.

Baş nazir suala qısa cavab verərək mövcud vəziyyətin rəsmi təhlükə kimi qiymətləndirilmədiyini bildirib və bu məsələyə dair əlavə şərh verməyib:

“Biz sülh gündəliyini ardıcıl olaraq davam etdirəcək, bütün mümkün vasitələrlə ona xidmət göstərəcəyik və müharibə olmayacaq, sülh olacaq”.

Bizə qoşulun