Medianews.az
İranın xarici işlər naziri ali rəhbərin vəziyyətindən danışıb
98 baxış

İranın xarici işlər naziri ali rəhbərin vəziyyətindən danışıb

İranın yeni ali rəhbəri Müctəba Hüseyni Xamenei səhhəti yaxşıdır və ölkədəki vəziyyətə tam nəzarət edir.

Medianews.az "Report"-a istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"İnqilab liderinin səhhəti yaxşıdır və vəziyyətə tam nəzarət edir", - deyə İranın baş diplomatı vurğulayıb.

O, İranda vəziyyətin sabit olduğunu və dövlət qurumları və ya ordu daxilində heç bir fikir ayrılığı olmadığını vurğulayıb.

Qeyd edək ki, "Al-Jarida" nəşri Müctəba Xameneinin yaralı vəziyyətdə Rusiyaya aparıldığa barədə yazıb.

Bizə qoşulun