Medianews.az
İran bu ölkələrə xüsusi şərtlər təklif edəcək
129 baxış

İran bu ölkələrə xüsusi şərtlər təklif edəcək

Tehran Hörmüz boğazında gəmiçiliyin yeni qaydalarının tətbiqini nəzərdən keçirir və dost ölkələr üçün xüsusi şərtlər müəyyən edilə bilər.

AFP xəbər verir ki, bunu İranın Çindəki səfiri Əbdolreza Rəhmani Fəzli Pekində keçirilən Dünya Sülh Forumunda çıxışında bildirib.

Səfir qeyd edib ki, İran Omanla birlikdə strateji dəniz dəhlizi üzrə tranzitin tənzimlənməsi üçün yeni sistem hazırlayır: “Yeni mexanizmlər gəmiçiliyin təhlükəsizliyi, gəmilərin keçidinə nəzarət və ekoloji standartlarla bağlı məsələləri əhatə edəcək. Bununla yanaşı, çətin dövrlərdə İrana dəstək verən ölkələrə xüsusi yanaşma tətbiq olunacaq. Çətin dövrlərdə bizə dost münasibət göstərən və dəstək verən ölkələrə xüsusi yanaşmanı nəzərə alacağıq”.

Bizə qoşulun