Rusiya Prezidenti Vladimir Putin administrasiya əməkdaşları ilə əlaqə saxlamaq üçün heç vaxt şəhər və ya mobil telefondan istifadə etmir.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Life.ru-nun jurnalisti Aleksandr Yunaşevə müsahibəsində bildirib.
Peskovun sözlərinə görə, dövlət başçısı bütün ünsiyyət üçün istisnasız olaraq xüsusi mühafizə olunan rabitə kanallarından istifadə edir.
O əlavə edib ki, məzuniyyət dövründə Prezident Administrasiyasının əməkdaşları, bir qayda olaraq, həmin xüsusi rabitə kanallarına çıxış imkanından məhrum olurlar./Oxu.Az