Medianews.az
“Beşiktaş”ın Salaha etdiyi təklifin DETALLARI
100 baxış

“Beşiktaş”ın Salaha etdiyi təklifin DETALLARI

Türkiyənin “Beşiktaş” futbol klubunun Məhəmməd Salah üçün hazırladığı müqavilə təklifinin maliyyə detalları məlum olub.

İstanbul təmsilçisi misirli ulduza 2 illik müqavilə təklif edib.

Razılaşmaya əsasən, 33 yaşlı futbolçuya hər mövsüm üçün 15 milyon avro zəmanətli maaş və təxminən 4 milyon avro performans bonusu nəzərdə tutulub.

Müqavilədə Salahın imic hüquqları ilə bağlı xüsusi maddələrin də yer aldığı bildirilib. Bonuslar da nəzərə alındıqda, hücumçunun illik qazancının 19-20 milyon avroya çatacağı gözlənilir.

“Beşiktaş”ın Salah üçün ayırdığı ümumi büdcənin 40 milyon avronu ötəcəyi qeyd olunub./Ölkə.az

Bizə qoşulun