Yaxın Şərqdə gərginlik bu dəfə rəqəmsal infrastruktura keçib.
Medianews.az xəbər verir ki, İranın zərbələri Bəhreynin Hamala bölgəsində yerləşən, ölkənin ən böyük telekommunikasiya şirkəti Batelco-nun və Amazon Web Services (AWS) məlumat mərkəzlərinin yerləşdiyi əraziyə yönəlib.
Hadisə nəticəsində bölgədə ciddi fasilələr yaranıb.
Məlumata görə, hücumlar əsasən məlumat infrastrukturu obyektlərini hədəf alıb. Elektrik kəsintiləri baş verib, bəzi mərkəzlərdə texniki nasazlıqlar və qismən zədələnmələr qeydə alınıb. Bu isə rəqəmsal xidmətlərin fəaliyyətinə birbaşa təsir göstərib.
Baş verənlər bank əməliyyatları və aviasiya rezervasiya sistemlərində nasazlıqlara səbəb olub. Şirkətlər xidmətlərin davamlılığını təmin etmək üçün istifadəçiləri alternativ serverlərə yönləndirmək məcburiyyətində qalıb.
Qeyd edək ki, İran daha əvvəl Google, Microsoft, Apple və Tesla daxil olmaqla bir sıra ABŞ texnologiya şirkətlərini hədəf alacağını açıqlamışdı.
Mütəxəssislər bildirirlər ki, hadisə qlobal bulud sistemlərindən asılılığın risklərini bir daha üzə çıxarıb və belə infrastrukturların müəyyən bölgələrdə cəmlənməsi böhran şəraitində ciddi zəiflik yaradır.
Medianews.az