Medianews.az
İngiltərə millisində
109 baxış

İngiltərə millisində gözlənilməz hadisə

İngiltərə millisinin yarımmüdafiəçisi Cordan Henderson DÇ-2026-nın 1/8 finalında Meksika üzərində qazanılan 3:2 hesablı qələbədən sonra zədələnib.

Medianews.az xəbər verir ki, matçda forma geyinməyən təcrübəli futbolçu final fitindən sonra komanda yoldaşları və azarkeşlərlə birlikdə qələbəni qeyd etmək üçün meydana çıxıb.

Lakin sevinc zamanı Henderson reklam lövhəsinin üzərindən tullanarkən uğursuz eniş edib və xəsarət alıb. Bundan sonra meydana dərhal tibbi briqada daxil olub. İngiltərə millisinin futbolçuları həkimlər gələnədək Hendersonun ətrafında dairə yaradaraq onu qoruyublar.

Nəticədə yarımmüdafiəçi xərəkdə meydandan çıxarılıb. Onun zədəsinin dərəcəsi hələlik açıqlanmayıb.

Qeyd edək ki, İngiltərə millisi Meksikanı 3:2 hesabı ilə məğlub edərək DÇ-2026-nın 1/4 finalına yüksəlib./Qol.az

Bizə qoşulun