Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəs xəstəxanadan çıxdıqdan sonra verdiyi “Mirasımı dövlətə buraxacağam, övladlarıma heç nə yoxdur” açıqlaması ilə gündəm olub.
Medianews.az xəbər verir ki, bu sözlərdən sonra onun böyük sərvəti yenidən müzakirə mövzusuna çevrilib.
Tatlısəs 7 aprel tarixindən etibarən müalicə aldığı xəstəxanadan öd kisəsi əməliyyatından sonra evə buraxılıb.
Məlum olan əmlakı:
- İstanbul Seyrantepədə 32 mənzil və 4 obyekt
- Fikirtepedə 4 mənzil
- İstanbulun müxtəlif bölgələrində 5 mənzil
- Şanlıurfa və Kuşadasında torpaq sahələri
- İzmir şəhərində 5 lüks mənzil
- Bodrumda 12 villa və böyük torpaq sahəsi
Müxtəlif mənbələrə görə onun sərvətinin 150 milyon - 850 milyon dollar arasında olduğu bildirilir, lakin dəqiq rəqəm açıqlanmayıb.
İbrahim Tatlısesin 7 övladı var: Ahmet, Gülten, Gülşen, Melek Zübeyde, Dilan, İdo və Elif Ada.
Qeyd edək ki, sənətçi daha əvvəl bəzi övladlarına miras buraxmayacağını da açıqlamışdı.
Medianews.az