Medianews.az
Hollivudun canlı əfsanəsindən
78 baxış

Hollivudun canlı əfsanəsindən ÜZÜCÜ XƏBƏR

"Ölümcül silah" (Lethal Weapon) filminin ulduzu, tanınmış amerikalı aktyor Denni Qloverə Altsheymer xəstəliyi diaqnozu qoyulub.

Medianews.az xəbər verir ki, 79 yaşlı aktyor diaqnozun ona bir neçə il əvvəl qoyulduğunu bildirib.

Qlover xəstəliyin simptomları ilə mübarizədə ailəsinin ona böyük dəstək olduğunu vurğulayıb. Aktyor hələ də bu reallıqla barışa bilmədiyini etiraf edib:"Bir çox şeyi unuduram, amma bəzən fikirlərim tamamilə aydın olur. Durmadan xatırladığın elə anlar var ki, onlar hələ də nəsə xatırlaya bildiyini sübut edir. Heç vaxt unutmayacağım anlar var".

Qeyd edək ki, Mel Gibsonla birlikdə çəkildiyi "Ölümcül silah" franşizası ilə dünya şöhrəti qazanan aktyor, həmçinin "Mişar" (Saw), "Atıcı" (Shooter), "2012" kimi məşhur filmlərdə rol alıb. O, 2022-ci ildə humanitar fəaliyyətinə görə Amerika Kinoakademiyasının xüsusi "Oskar" mükafatına (Cin Xerşolt adına mükafat) layiq görülüb.

Medianews.az

Bizə qoşulun