Həkim İren Piniyya uzunömürlülüyü artırmaq üçün gündəlik qidalanmaya 3 növ qərzəkli meyvə daxil edilməsini tövsiyə edib.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, qoz, fındıq və badam sağlamlıq üçün xüsusilə faydalıdır:
- Qoz – omeqa-3 yağ turşuları ilə zəngindir və orqanizmdə iltihabı azaldır
- Badam – E vitamini ilə zəngindir, dərinin sağlamlığını qoruyur və qocalmanı ləngidir
- Fındıq – qanda xolesterinin tənzimlənməsinə kömək edir
Mütəxəssis gündəlik normanın təxminən 30 qram olduğunu və duzsuz, əlavəsiz halda istehlak edilməsini tövsiyə edib.
Medianews.az