DÇ-2026-nın 1/8 finalında Meksikanı 3:2 hüsabla məğlub edən İngiltərə millisinin kapitanı Harri Keynin səsi batıb.
Medianews.az xəbər verir ki, buna səbəb ulduz futbolçunun stadionda azarkeşlərlə bərabər "Oasis" qrupunun məşhur "Wonderwall" mahnısını oxuması olub.
Matçdan dərhal sonra çətinliklə müsahibə verən Keyn oyunun gərginliyindən və qələbə sevincindən danışıb:
"Bu, dəli bir oyun idi. Hər şey bizə qarşı olsa da, mübarizə apardıq və qalib gəlməyin yolunu tapdıq. Azarkeşlərlə birgə mahnı oxuduğum üçün hazırda demək olar ki, danışa bilmirəm. Amma bu, xüsusi bir gecə idi."
Qeyd edək ki, yarımfinala gedən yolda İngiltərə yığmasını Mayamidə Norveçə qarşı çətin 1/4 final oyunu gözləyir.
Medianews.az