Medianews.az
Holannın paylaşımı gündəm oldu:
105 baxış

Holannın paylaşımı gündəm oldu: "Messi dəlidir” - FOTO

Norveç millisinin hücumçusu Erlinq Holannın Argentina millisinin kapitanı Lionel Messinin DÇ-2026-da göstərdiyi performansa reaksiya verib.

Medianews.az xəbər verir ki, Messi Əlcəzairə qarşı keçirilən matçda het-trik edib və mundiallarda vurduğu qolların sayını 16-ya çatdıraraq Miroslav Klozenin rekordunu təkrarlayıb.

Bu oyundan sonra Holann sosial şəbəkə hesabında paylaşım edərək Messini “dəli” adlandırıb və onun təsirli çıxışına heyranlığını ifadə edib.

Qeyd edək ki, Norveçli hücumçu özü də son matçda İraqa qarşı 4:1 hesablı qələbədə dubla imza atmışdı.

Medianews.az

Bizə qoşulun