Türkiyənin Şərq bölgəsindən olan bəylə ailə quran İzmirli qadın gəlin çıxarma mərasimində fərqli adətlə üzləşib.
Medianews.az xəbər verir ki, mərasim zamanı bəyin atasının gəlini evdən çıxarması gənc qadının təəccübünə səbəb olub.
Hadisə ətrafdakılar tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb və qısa müddətdə geniş müzakirə doğurub. Kadrlarda gəlinin çaşqınlığı açıq şəkildə hiss olunur.
İstifadəçilər videoya müxtəlif rəylər yazaraq, fərqli bölgələrdə toy adətlərinin dəyişdiyini və belə məqamların əvvəlcədən izah edilməsinin vacibliyini qeyd ediblər.
Medianews.az