Hindistanda bir kişi 180-dən çox yeniyetmə qıza qarşı zorakılıq törətdiyi üçün saxlanılıb.
Medianews.az xəbər verir ki, hadisə Maharaştra ştatında baş verib.
Şübhəli azyaşlılarla tanış olaraq onları aldadıb və məcburi şəkildə nalayiq videolarda çəkib. Daha sonra həmin görüntülərdən şantaj və fahişəliyə məcburetmə məqsədilə istifadə edib.
Polis onun üzərində 350 video aşkarlayıb və dərhal həbs edib.
Hazırda istintaq orqanları hadisənin bütün təfərrüatlarını araşdırır.
Medianews.az