Medianews.az
Ceyhun Bayramov polşalı həmkarı ilə
99 baxış

Ceyhun Bayramov polşalı həmkarı ilə GÖRÜŞDÜ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qdanskda Ukraynanın bərpası üzrə Konfrans çərçivəsində polşalı həmkarı Radoslav Sikorski ilə danışıqlar aparıb.

Bu barədə Medianews.az Polşa Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

Danışıqlar zamanı tərəflər praqmatik Polşa-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərini, eləcə də iki ölkə arasında saziş layihələri üzərində işi müzakirə ediblər.

Bundan başqa, nazirlər Ukraynaya dəstək məsələləri ətrafında fikir mübadiləsi aparıb, həmçinin Cənubi Qafqazdakı vəziyyəti, regionda cərəyan edən prosesləri və baş verənlərin Azərbaycan tərəfindən qiymətləndirilməsini nəzərdən keçiriblər.

Bizə qoşulun