Medianews.az
Braziliyanı sərt  tənqid etdi:
85 baxış

Braziliyanı sərt tənqid etdi: "Elə bil rəqs edirdilər"

DÇ-2026-da Braziliya millisi Norveçə 1:2 hesabı ilə uduzaraq turnirlə vaxtından əvvəl vidalaşıb."Barselona" və PSJ-nin sabiq hücumçusu, dünya futbolunun əfsanəvi siması Zlatan İbrahimoviç matçı şərh edib. 

Medianews.az xəbər verir ki, İbrahimoviç Braziliya millisini sərt tənqid edib, Norveçi isə tərifləyib: "Şir acdırsa, parçalayıb yeyir. Norveç millisi mənə İsveçin 1994-cü il dünya çempionatındakı çıxışını xatırlatdı. Onların hara qədər gedib çıxacağı çox maraqlıdır. Braziliyalılara gəldikdə isə, onlar turnirin əvvəlindən inamsız görünürdülər. Ançelottinin əvəzetmələri heç bir işə yaramadı. Norveçlilər gözəl futbol nümayiş etdirdilər, braziliyalılar isə sanki küləyin ritmi altında sadəcə rəqs etdilər."

Qeyd edək ki, Braziliyanı turnirdən kənarlaşdıran Norveç millisi 1/4 finalda İngiltərə ilə qarşılaşacaq.

Medianews.az

Bizə qoşulun