Türkiyədə boşanma məhkəməsindən sonra tərəflər arasında gərginlik yaşanıb.
Medianews.az xəbər verir ki, İstanbul şəhərində baş verib.
Məhkəmə binasından çıxış zamanı qarşılaşan iki qrup arasında mübahisə qısa müddətdə əlbəyaxa davaya çevrilib.
Hadisə əvvəlcə məhkəmə binasının dəhlizində başlayıb, daha sonra böyüyərək davam edib. Tərəfləri ayırmaq üçün təhlükəsizlik əməkdaşları müdaxilə etsə də, dava çətinliklə nəzarətə götürülüb.
Baş verən insident ətrafda olan şəxslər tərəfindən mobil telefon vasitəsilə lentə alınıb.
Medianews.az