Medianews.az
Bəlli və məchul cütlüklər -
137 baxış

Bəlli və məchul cütlüklər - DÇ-2026

23-cü dünya futbol çempionatında 1/8 final cütlükləri müəyyənləşir.

Medianews.az bildirir ki, iyulun 3-dək bu cütlüklər bəllidir:

Kanada – Mərakeş

Paraqvay – Fransa

Braziliya – Norveç

Meksika – İngiltərə

Portuqaliya – İspaniya

ABŞ – Belçika.

Qalan iki cütlük 1/16 finalın son iki oyun günündə – 3-4 iyulda rəsmiləşəcək. İsveçrə yığması Kolumbiya – Qana oyununun qalibini gözləyir, həmçinin Argentina – Kabo Verde və Avstraliya – Misir oyunlarının qalıbləri üz-üzə gələcəklər.

Çempionatın geridə qalmış 85 oyununda 249 qol vurulub. Bunun 12-si avtoqoldur.

Lionel Messi (Argentina) və Kilian Mbappe (Fransa) 6, Erlinq Holann (Norveç) və Harri Keyn (İngiltərə) 5, Usman Dembele (Fransa), Vinisius Junior (Braziliya), İsmaila Sarr (Seneqal) və Mikel Oyarsabal (İspaniya) 4 qola imza atıb.

13 oyunçu 3 qolun, 24 oyunçu 2 qolun, 112 oyunçu 1 qolun müəllifidir.

İyunun 11-dən ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi çempionatın 1/8 finalı 4-7 iyula, dörddə bir finalı 9-12 iyula, yarımfinalları 14-15 iyula, üçüncü yer uğrunda oyunu və finalı 19 iyula təyin olunub.

Əvvəlki 22 çempionatda Braziliya 5, İtaliya və Almaniya 4, Argentina 3, Uruqvay və Fransa 2, İngiltərə və İspaniya 1 dəfə zirvəyə yüksəlib.

Toğrul Əli,

Medianews.az

Bizə qoşulun