Medianews.az
“Neftçi” loqosunu yenilədi – Əvvəlkilər necə idi? –
172 baxış

“Neftçi” loqosunu yenilədi – Əvvəlkilər necə idi? – FOTO+TARİX

“Neftçi” futbol klubu loqosunu yeniləyib.

Yeni emblem ənənəvi ağ-qara fonda hazırlanıb.

Loqonun mərkəzində klubun ilk rəmzinin konturları, adının baş hərfi və neft buruqları əks olunub. Üst hissədə "NEFTÇİ" İdman Klubu adı, aşağısında isə onun yaranma tarixi - "1937" rəqəmi əsas vizual elementlər kimi ön plana çıxarılıb.

Medianews.az xatırladır ki, “Neftçi” klubu sovet dövründə “Neftçi” Könüllü İdman Cəmiyyəti kimi yaranıb. Müstəqillik dövründə (1992-ci il) “Neftçi” İdman-Sağlamlıq Mərkəzi olaraq öz işini davam etdirib. Hazırda isə “Neftçi İdman Klubu” adı altında fəaliyyət göstərir.

Medianews.az “Neftçi”nin əvvəlki loqolarının fotolarını təqdim edir:

Aşağıdakı ən son emblemdir:

Medianews.az

Bizə qoşulun