Rusiyanın Kiyev vilayətindəki təlim poliqonuna hava zərbələri nəticəsində on nəfər həlak olub, təxminən 100 nəfər yaralanıb.
Medianews.az xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru Ruslan Kravçenko bildirib.
Onun sözlərinə görə, hadisə ilə əlaqədar Ukrayna Cinayət Məcəlləsinin müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan maddəsi ilə cinayət işi açılıb.
Baş prokuror əlavə edib ki, tədbirin təşkili və keçirilməsi zamanı ölümlərə və digər ağır nəticələrə səbəb olan rəsmi vəzifələrin mümkün şəkildə yerinə yetirilməməsi ilə bağlı da Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başladılıb.
“Müharibə insanları idarəetmə qərarlarına görə məsuliyyətdən azad etmir. Əksinə, o, maksimum peşəkarlıq, ehtiyatlı və hər addımın fərqində olmağı tələb edir”, – Kravçenko bildirib.
Kravçenkonun sözlərinə görə, istintaq tədbirin keçirilməsi barədə qərarı kimin verdiyini, yeri, vaxtı və formatı kimin əlaqələndirdiyini, hansı təhlükəsizlik tədbirlərinin görüldüyünü və risklərin hərbi vəziyyət çərçivəsində düzgün qiymətləndirilib- qiymətləndirillmədiyini müəyyən etməlidir.\\Globalinfo.az