Medianews.az
Özbəkistan və Qazaxıstan XİN rəhbərləri
89 baxış

Özbəkistan və Qazaxıstan XİN rəhbərləri görüşüb

Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov Bişkekdə Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayevlə görüşüb.

Medianews.az xəbər verir ki, bu barədə Özbəkistan naziri sosial mediada məlumat verib.

Görüş zamanı Özbəkistanla Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin yüksək səviyyəsi xüsusi vurğulanıb. Qeyd edilib ki, iki ölkənin liderləri arasında yaxın və etibarlı dialoq əməkdaşlığın bütün istiqamətlər üzrə ardıcıl inkişafı üçün möhkəm zəmin yaradır.

Tərəflər ikitərəfli gündəlikdə yer alan aktual məsələləri müzakirə edib, ali səviyyədə əldə olunan razılaşmaların vaxtında və keyfiyyətlə icrasının vacibliyini vurğulayıblar.

Görüşdə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlıq, eləcə də regional və beynəlxalq gündəmdə duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.\\Teleqraf

Bizə qoşulun