Medianews.az
Pezeşkianın oğlu dövlət televiziyasını
102 baxış

Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü

Bu gün İran prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian dövlət televiziyasını tənqid edib.

Medianews.az xəbər verir ki, o, dövlət televiziyasının ölkənin yüksəksəviyyəli şəxslərinin çıxışlarını ixtisar etməsini sual altına alıb.

"Niyə dövlət televiziyası hakimiyyətin əsas qollarının rəhbərlərinin (red. prezident, parlament sədri və məhkəmə sisteminin rəhbəri) çıxışlarının bəzi hissələrini yayımdan çıxarır? Dövlət televiziyasında kim qərar verir ki, onların çıxışlarının hansı hissələri efirə verilməməlidir?", - deyə o yazıb.

Pezeşkian, daha sonra istehzalı şəkildə əlavə edib: "Əgər belə bir müdrik şəxsimiz varsa və onun qərarı hakimiyyət qollarının rəhbərlərinin qərarından daha üstündürsə, elə ölkənin idarəçiliyini də ona həvalə edək. Axı su olduğu halda təyəmmüm etmək batildir”.//Lent.az

Bizə qoşulun