Medianews.az
Bakıda skuter və velosiped sürücülərinə
136 baxış

Bakıda skuter və velosiped sürücülərinə xəbərdarlıq

Bakının Nəsimi rayonunda skuter və velosiped sürücülərinin yol hərəkəti qaydalarını pozması qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, hadisə Füzuli küçəsində baş verib. Belə ki, skuter və velosiped idarə edən şəxslər avtobus zolağında və yolun hərəkət hissəsində əks istiqamətdə hərəkət ediblər.

Bildirilib ki, bu cür qayda pozuntuları qəza şəraitinin yaranmasına səbəb olur.

Mərkəzdən qeyd edilib ki, "Yol hərəkəti haqqında" Qanunun 46-1-ci maddəsinə əsasən, kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətinə yalnız müəyyən edilmiş ərazilərdə və qaydalara uyğun şəkildə icazə verilir.

Həmçinin ümumi istifadədə olan avtomobil yollarında bu nəqliyyat vasitələri ilə yolun sağ kənar zolağından başqa digər zolaqlarla hərəkət etmək, eləcə də velosiped yolu olduğu halda alternativ yoldan istifadə etmək qadağandır.

Qurum sürücüləri və digər hərəkət iştirakçılarını yol qaydalarına riayət etməyə çağırıb, əks halda qəza və ağır nəticələrin yarana biləcəyi barədə xəbərdarlıq edib.

Bizə qoşulun