Medianews.az
İran gəmisi Mahaçqala sahillərinda
58 baxış

İran gəmisi Mahaçqala sahillərinda batmaq təhlükəsi ilə üzləşib - YENİLƏNİB

Rusiya Fövqəladə Hallar Nazirliyi "Caspian shiva" adlı İran tankerinin Mahaçqala sahillərində qəza vəziyyətində olması barədə məlumatı təsdiqləyib.

"Report" nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, quru yük gəmisi Mahaçqala dəniz ticarət limanından bir neçə kilometr məsafədə qəza vəziyyətindədir.

"Mahaçqala ticarət limanından 7 km məsafədə "Caspian shiva" quru yük gəmisinin saya oturması barədə məlumat daxil olub. Bildirilib ki, gəminin anbarına su dolur", - məlumatda qeyd edilib. Xilasetmə xidmətləri bildiriblər ki, hazırda hadisə yerində hündürlüyü 1,5 metr olan dalğalar müşahidə olunur. Eyni zamanda gəminin heyəti anbarlardan suyu boşaltmağa başlayıb. İran quru yük gəmisinin köməyinə iki yedək Rusiya gəmisi cəlb olunub.

15:42

İranın "Kaspian şiva" tankeri Mahaçqala (Rusiya) sahillərində qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilib ki, tanker Mahaçqala ticarət limanından səkkiz kilometr məsafədə saya oturub. İki metrlik dalğalar səbəbindən gəminin anbarına su dolub və o batmaq üzrədir.

Tankerin köməyinə iki yedək gəmi göndərilib. İlkin məlumata görə, ekipaj üzvləri arasında xəsarət alan olmayıb.

Bizə qoşulun