Medianews.az
Azərbaycanda üç klub 16 min manat
109 baxış

Azərbaycanda üç klub 16 min manat cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Medianews.az xəbər verir ki, komitə Misli Premyer Liqasında XXIV turunun oyunları ilə bağlı qərarlarını açıqlayıb.

Misli Premyer Liqasında XXIV turun "İmişli" - "Sabah" oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə "İmişli" komandası 5000 manat cərimə edilib.

Həmin turun "Qəbələ" - "Neftçi" oyunu "Qəbələ" komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün "Qəbələ" komandası 3000 manat cərimə edilib. Bundan başqa, "Neftçi" komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə "Neftçi" komandası 8000 manat cərimə edilib.

Bizə qoşulun