Medianews.az
Azərbaycan vətəndaşı Gürcüstanda
71 baxış
Yüklə

Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi

Gürcüstanda Azərbaycan vətəndaşı həbs edilib.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Tbilisi polisi 1991-ci il təvəllüdlü Azərbaycan vətəndaşını qəsdən adam öldürməyə cəhd ittihamı ilə həbs edib.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Tbilisidə mübahisə zəminində 1997-ci il təvəllüdlü xarici ölkə vətəndaşı İ.M.-nin sağlamlığına zərər vuraraq hadisə yerindən gizlənib.

Yaralı tibb müəssisəsinə yerləşdirilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayəti törətdikdən az sonra təqsirləndirilən şəxs yaxalanıb.

İstintaq Cinayət Məcəlləsinin 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 19-108-ci maddəsi ilə aparılır./qafqazinfo.az

Bizə qoşulun