İyunun 25-də Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılarla bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin şərtləri”ni təsdiq edib.
Nazirlər Kabineti bu qərarı dövlət başçısının “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2025-ci il 19 sentyabr tarixli fərmanının 3.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə verib.
Medianews.az bildirir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi müqavilə şərtlərində sürücülərin geyim forması ilə bağlı konkret şərt də əksini tapıb. Belə ki, Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılarla bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin şərtləri”nə 11 nömrəli əlavə edib. Həmin əlavə “Sürücülərin geyim forması” adlanır.
Hökumətin qərarında göstərilir ki, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar sürücüləri 11 nömrəli əlavədə göstərilən geyim forması ilə təmin etməlidirlər.
