Medianews.az
Azərbaycanın 170 ölkə ilə ticarəti -
119 baxış

Azərbaycanın 170 ölkə ilə ticarəti - Ölkələr, məhsullar və məbləğlər

Azərbaycan 2026-cı ilin yanvar-may aylarında 170 ölkə ilə ticarət əməliyyatı aparıb, ixrac 13,9 milyard dolları, idxal 6,8 milyard dolları üstələyib.

Medianews.az Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, ticarət və ixrac tərəfdaşlarında İtaliya, idxal tərəfdaşlarında Çin önə çıxıb.

Statistikaya görə, ixracın 5,64 faizi MDB ölkələrinə, 47,75 faizi Avropa İttifaqı ölkələrinə, 46,61 faizi başqa ölkələrə yönəlib, idxalda MDB-nin payı 20,4 faizi, Avropa İttifaqının payı 14,8 faizi, başqa ölkələrin payı 64,6 faizi ötüb.

İxracın 8,8 milyard dolları neft-qaz sektorunun payına düşüb.

Neft-qaz sektoruna daxil olmayan üç əsas ixrac məhsulu belə sıralanır:

qızıl – 3,6 milyard dollar;

meyvə-tərəvəz – 354,8 milyon dollar;

plastmas və ondan hazırlanan məmulatlar – 124,1 milyon dollar.

İdxalın ilk üçlüyündə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri (1,6 milyard dollar), yeyinti məhsulları (1,1 milyard dollar), nəqliyyat vasitələri və onların hissələri (911,3 milyon dollar) yer alır.

Medianews.az

Bizə qoşulun