Medianews.az
Azər Bağırov:
100 baxış

Azər Bağırov: "Braziliyalı futbolçu ilə bağlı hüquqi prosedurların başlanması an məsələsidir"

"Kəpəz"in futbolçusu Cefferson Bentu ilə bağlı hüquqi prosedurların başlanması an məsələsidir.

Bunu "Report"a açıqlamasında Gəncə klubunun baş məşqçisi Azər Bağırov deyib.

O, qış fasiləsində ölkəsi Braziliyaya yollanan və daha sonra geri qayıtmaqdan imtina edən müdafiəçiyə vaxt verildiyini bildirib:

"Futbolçuya yanvarın 16-na qədər vaxt verilib. Ya geri qayıtmalı, ya da qayıdacağı tarixlə bağlı məlumat verməlidir. Onun müqavilə əsasında məxsus olduğu Portuqaliyanın "Portimonense" komandasına və özünə məktub göndərilib. Şərtlərə əməl edilməsə, FIFA-ya müraciətimiz an məsələsidir. Belə olan halda futbolçu "Kəpəz"ə təzminat ödəməlidir".

A.Bağırov bildirib ki, braziliyalı futbolçu Gəncəyə qayıtmaq istəməməsinin səbəbini həyat yoldaşı ilə əlaqələndirib.

Qeyd edək ki, Cefferson Bentu cari mövsümün əvvəlində "Portimonense" kollektivindən icarə əsasında "Kəpəz"ə transfer olunub.

Bizə qoşulun