Medianews.az
Avstraliya sosial media şirkətlərinə qarşı
122 baxış

Avstraliya sosial media şirkətlərinə qarşı cəzaları sərtləşdirir

Avstraliya hökuməti 16 yaşdan kiçik istifadəçilərlə bağlı qaydalara əməl etməyən sosial media platformalarına tətbiq olunan cərimələri iki dəfə artırmağa hazırlaşır.

Medianews.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni qanun layihəsinə əsasən, qaydaları pozan şirkətlər üçün maksimum cərimə məbləği 49,5 milyon Avstraliya dollarından 99 milyon Avstraliya dollarına yüksəldiləcək.

Baş nazir Entoni Albanese bildirib ki, böyük texnologiya şirkətləri uşaqların sosial media hesablarından istifadəsinin qarşısını almaq üçün kifayət qədər addım atmırlar.

Qanun layihəsinə əsasən, Avstraliyanın onlayn təhlükəsizlik üzrə komissarı sosial media platformalarından yaş məhdudiyyətlərinin necə tətbiq edildiyinə dair sübutlar tələb edə biləcək.

Qeyd edək ki, Avstraliyada 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun 2025-ci ilin dekabrında qüvvəyə minib. Hökumətin məlumatına görə, həmin vaxtdan bəri 5 milyondan çox hesab silinib və ya bloklanıb.

Bizə qoşulun