"Mançester Siti" 2026-cı il dünya çempionatından sonra FİFA-dan ən çox ödəniş alacaq klub ola bilər.
Medianews.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
İngiltərə klubu futbolçularının mundialda iştirakı üçün təxminən 4,4 milyon dollar qazanacaq. "Mançester Siti" bununla ardıcıl üçüncü dünya çempionatı üzrə FİFA-nın klub ödənişləri reytinqində lider ola bilər. Siyahıda ikinci yeri "Barselona" (3,9 milyon dollar), üçüncü pilləni isə "Bavariya" (3,4 milyon dollar) tutur.
İlk onluqda həmçinin "Arsenal" (3,3 milyon dollar), PSJ və "Atletiko" (3,2 milyon dollar), "Kristal Pelas" (2,7 milyon dollar), "Mançester Yunayted" və "Real Madrid" (2,6 milyon dollar), eləcə də "Milan" (2,4 milyon dollar) yer alıb.
FİFA 2026-cı il mundialı üçün klublara dəstək proqramına rekord həddə — 355 milyon dollar ayırıb.
Medianews.az