Bakının Xəzər rayonu ərazisində dənizdə bədbəxt hadisə baş verib.
Medianews.az xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1960-cı il təvəllüdlü Şirzad Baba oğlu Əliyev dənizdə çimərkən boğularaq həyatını itirib.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. İstintaq tədbirləri rayon prokurorluğu tərəfindən davam etdirilir.//Musavat.com