Medianews.az
5 gün susuz səhrada qaldı -
87 baxış

5 gün susuz səhrada qaldı - VİDEO

Liviyada Marvan əl-Bahidji adlı şəxs beş gün səhrada qaldıqdan sonra xilas edilib.

Medianews.az xəbər verir ki, məlumata görə, o, mayın 12-də neft yatağından avtomobillə yola çıxıb və istiqaməti itirib. Daha sonra maşın qumda ilişərək xarab olub. Bundan sonra onunla əlaqə kəsilib və genişmiqyaslı axtarışlara başlanılıb.

Xilasedicilər kişini beş gün sonra tapıblar. O, güclü istidə və susuz şəraitdə sağ qalmağa çalışıb. Kadrlarda onun olduqca yorğun və taqətsiz göründüyü bildirilir.

Ehtimal olunur ki, kişinin avtomobildən uzaqlaşmaması onun xilas olunmasına kömək edib. Çünki səhrada avtomobili tapmaq tək gəzən insanı aşkar etməkdən daha asan olub.

Medianews.az

Bizə qoşulun