Meksikada 44 yaşlı amerikalı qadın tanışlıq saytında tanış olduğu yaşlı kişiləri qarət etməkdə və öldürməkdə ittiham olunur.
Medianews.az xəbər verir ki, qadın ümumilikdə dörd təqaüdçünün yeməyinə güclü narkotik vasitə qataraq onları huşsuz vəziyyətə salıb.
Kişilər huşsuz olduğu müddətdə o, qurbanlarının bank hesablarını boşaldıb və özünə bahalı mallar alıb.
Hücumun qurbanı olan ilk şəxs 5 gün huşsuz qalıb. O, özünə gələndə hesabındakı 3,3 milyon dollar dəyərində "Apple" aksiyalarının satıldığını görüb. Digər iki təqaüdçü isə hotel otaqlarında ölü tapılıb. Dördüncü zərərçəkmiş isə qadınla görüşdən sonra itkin düşüb.
Meksikadakı məhkəmədən sonra qadın ABŞ-yə ekstradisiya olunacaq. Onu dələduzluq, adam oğurluğu və qətl ittihamları ilə uzunmüddətli həbs cəzası gözləyir.
Medianews.az