Almaniyada 75 yaşli kişi dörd güm liftdə yeməksiz və susuz qalıb.
Medianews.az xəbər verir ki, hadisə iyul ayında Almaniyanın Osnabruk şəhərində baş verib.
Kişi mənzilinə qalxarkən çoxmərtəbəli binanın liftində ilişib qalıb. Lift nasazlıq səbəbindən dayanıb. Təqaüdçü operatorla əlaqə saxlaya bilməyib. Sonradan məlum olub ki, elektrik naqilində nasazlıq ucbatından nəinki kabinə, hətta təcili çağırış düyməsi də işləməyib. Kişinin ailəsinə zəng etmək üçün yanında telefonu olmayıb. Alman təkbaşına kabinədən çıxmağa çalışsa da, buna nail ola bilməyib. Nəticədə o, dörd gün liftdə oturub.
O, oğlunun sayəsində xilas olub. Yaşlı atası telefonuna cavab verməyi dayandırdıqda kişi narahat olub və təcili yardım çağırıb. Gələn polis əməkdaşları liftin şaxtasından zəif səsi eşidib və zərərçəkmişi xilas ediblər. Təqaüdçü ciddi şəkildə susuz qalıb və xəstəxanaya aparılıb.
Qısa müalicədən sonra zərərçəkən tam sağalıb. Evə qayıdan o, xilasedicilərini qəhvəyə dəvət edib. Alman etiraf edib ki, o, "heç vaxt polislə dostluq etməyib, lakin o an polisin səsini eşitdiyinə sevinib".
Medianews.az