İyulun 23-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 100,56 dollar olub.
Medianews.az bildirir ki, bu, Azərbaycanın 2026-cı il büdcəsində nəzərdə tutulandan 35,56 dollar yuxarı göstəricidir.
Bu il dövlət büdcəsində bir barrel neft 65 dollardan götürülüb.
“AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35, maya 122,26, iyuna 104,58, iyula 75,34 dollarla başlayıb.
Neft bazarı fevralın 28-dən İran ətrafında artıb-azalan gərginlik üzündən çalxalanır.
İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.
2026-cı ilin ilk yarısında Azərbaycanda kondensatla birlikdə 13,3 milyon ton neft çıxarılıb, xaricə 6,2 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.
Toğrul Əli,
Medianews.az