Medianews.az
33 yaşlı Vətən müharibəsi qazisi
125 baxış

33 yaşlı Vətən müharibəsi qazisi vəfat etdi - FOTO

Lənkəran rayonundan olan Vətən müharibəsi qazisi vəfat edib.

Medianews.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Cil kənd sakini, 33 yaşlı kapitan Aqil Bəxtiyar oğlu Nuriyev uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Bildirilib ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Aqil son 4 gündür Bakı şəhərində yerləşən xəstəxanalardan birində xərçəngdən müalicə olunurmuş. O, elə həmin tibb müəssisəsində vəfat edib.

Mərhumun nəşi bu gün doğulduğu kəndə gətirilərək dəfn olunub. 



Bizə qoşulun