Medianews.az
Firəngiz Əlizadədən Anara CAVAB:<span style=color:red> “Adam naşükür olmaz, məktubları mən yazmışam...”- ÖZƏL + FOTO
347 baxış

Firəngiz Əlizadədən Anara CAVAB: “Adam naşükür olmaz, məktubları mən yazmışam...”- ÖZƏL + FOTO

"Biz hər il festivallar keçiririk. Pessimist olmaq istəmirəm, amma nə gəlib bizə kömək edirlər, nə də işıqlandırırlar. Biz bacardığımız qədər bu işi edirik, nədənsə hələ də dəstək görmürük” Bunu Medianews.az-a açıqlamasında xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə deyib. O daha sonra Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın “Görün heç Bəstəkarlar və Rəssamlar İttifaqı ev verir? Gərək biz də ev verməyək” sözlərinə münasibət bildirib: “Yadınızdadırsa 2019-cu ilin martın 1-də cənab prezidentlə mədəniyyət xadimlərinin görüşü oldu. Hərçənd ki, mənə çıxış etmək üçün 5 dəqiqə də yox, 4 dəqiqə verdilər. Amma bu 4 dəqiqə ərzində bəstəkarların ev problemini qaldırdım. Şükürlər olsun ki, prezidentimiz Bəstəkarlar İttifaqına iki ev ayırdı. Birini 90 yaşlı bəstəkarımız Yaşar İmanova, digəri isə Akif Quliyevə verdik. Akif Quliyev Naxçıvandan gəlmişdi, evi olmadığına görə kazarmada yaşayırdı. Bundan başqa üzvlərimiz olan xalq artistlərinə bu günlərdə ev verdilər. Naşükür olmaq olmaz. Azər Dadaşova da, Sərdar Fərəcova da ev verdilər. Bu məktubları da mən yazıb nazirliyə göndərmişəm, onlar da yəqin ki, aidiyyatı qurumlara yönləndiriblər”. Firəngiz Əlizadə gənc bəstəkarların ev problemlərindən danışıb: "Bizim ağrılı yerimiz gənc bəstəkarlardır. Ona görə ki, bəstəkarlara iş verən yoxdur. Onların diplomlarında sadəcə “bəstəkar” yazıblar. Mənim diplomumda yazılmışdı ki, bəstəkar, pianoçu, pedaqoq və s. Bizə iş tapmaq problem deyildi. İndi gənc bəstəkarlar iş tapa bilmirlər. 5-10 manat əllərinə keçəndə də onu kirayə üçün ödəyirlər. Məktublar yazırıq, amma gənc bəstəkarlara hələ ki, evlər verilmir. Amma gənc bəstəkarlara təqaüdlər verilir. 10 nəfər gənc, 30 nəfər isə 65 yaşdan yuxarı bəstəkarımız təqaüd alır. Şabranda bizim yaradıcı ev tikilib. Gedib orada qalırlar, yeni əsərlər yaradırlar. Ona görə şikayət etmirəm, amma təbii ki, istəklər həmişə var”. Əli Əsgər Medianews.az

Bizə qoşulun