09:38
İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində metan qazından zəhərlənmə nəticəsində Türkiyə ordusunda şəhid olan əsgərlərin sayı 8-ə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, ötən gün metan qazından zəhərlənmə nəticəsində 5 əsgər şəhid olmuşdu.
Qeyd edək ki, 28 may 2022-ci ildə şəhid olan Leytenant Nuri Melih Bozkurtun cəsədinin tapılması işləri çərçivəsində bir mağarada aparılan axtarış zamanı 19 əsgər metan qazına məruz qalıb.
07.07.2025, 10:23
267 baxış
Lamiyə
Türkiyə ordusunda şəhid sayı 12-yə çatdı - YENİLƏNİB
Türkiyə Milli Müdafiə Nazirliyi metan qazından zəhərlənən daha 4 əsgərin şəhid olduğunu açıqlayıb.
Beləliklə, Türkiyə ordusunda şəhid olan əsgərlərin sayı 12-yə çatıb./Qafqazinfo.az
Paylaş: