Hindistanda qəzaya uğrayan "Air India" aviaşirkətinə məxsus "Boeing 787-8 Dreamliner" təyyarəsinin göyərtəsində olan 242 nəfərin hamısı həlak olub.
Bu barədə "Ntws 18" telekanalı məlumat yayıb.
Milli.Az
15:50
Hindistanın qərbində qəzaya uğrayan təyyarə həkimlərin yataqxanasının yerləşdiyi binanın üzərinə düşüb.
Trend xəbər verir ki, yerli polis zabiti bu barədə jurnalistlər üçü təşkil olunan brifinqdə deyib.
"İlkin məlumata görə, Londona uçan "Air India" aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayaraq həkimlərin qaldığı yataqxanaya çırpılıb. Təcili xidmət orqanlarının əməkdaşları 2-3 dəqiqə ərzində hadisə yerinə gəlib. Hazırda qəzanın baş verdiyi ərazidə axtarış xilasetmə əməliyyatı davam edir", - deyə o bildirib.
"News18" telekanalının məlumatına görə, qəza zamanı ölənlərin sayı 133 nəfərə çatıb.
Qeyd edək ki, "Boeing 787 Dreamliner" təyyarəsi Hindistanın qərbindəki Əhmədabad hava limanından qalxdıqdan az sonra qəzaya uğrayıb. Londona uçan təyyarənin göyərtəsində 242 nəfər, o cümlədən iki pilot və 10 bələdçi olub. NDTV telekanalı qəzadan sağ çıxanların olduğu barədə məlumat yayıb. Həlak olanlar və yaralananlar barədə hələ ki rəsmi məlumat verilmir.
15:07
Hindistanda təyyarə qəzası nəticəsində ən azı 120 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.
14:04
Hindistanda qəzaya uğrayan təyyarənin göyərtəsində 169 Hindistan, 53 Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşı olub.
APA xəbər verir ki, bu barədə "Air India" məlumat yayıb.
Təyyarənin həkimlər üçün yataqxana binasının üzərinə düşdüyü bildirilir.
13:09
Hindistanın Qucarat ştatının Əhmədabad Hava Limanı yaxınlığında sərnişin təyyarəsi qəzaya düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, “Air İndia” şirkətinə məxsus olan “Boeing 787” tipli təyyarə Londona uçurmuş. Göyərtəsində 242 nəfər olub.
İlkin məlumata görə, qəza təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra baş verib.
Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.