04.06.2025, 09:15
205 baxış
Azad
XOCALI Azərbaycanda ən çox uşaq doğulan iki rayondan birinə çevrildi
1992-ci ilin fevralında erməni işğalçılarının Rusiya hərbi alayı ilə birgə soyqırımı törətdiyi, Azərbaycan Ordusunun 2020-ci ilin sentyabr-noyabr aylarındakı 44 günlük Vətən müharibəsində qismən, 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatından sonra isə tam azad etdiyi Xocalı rayonu indi ölkəmizdə ən çox uşaq doğulan iki rayondan birinə çevrilib.
Medianews.az bunu rəsmi statistikaya əsaslanaraq xəbər verir.
Dövlət Statistika Komitəsinin milli hesabatına əsasən, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda 22 min 119 nəfər doğulub. Ölkə üzrə hər 1000 nəfərə 8,8 doğum düşüb.
1000 nəfərə düşən doğum sayına görə ilk yeri Yardımlı rayonu tutub. 2025-ci ilin yanvar-mart aylarında Yardımlıda 1000 nəfərə 14 doğum qeydə alınıb.
İkinci yerdə Xocalı rayonu gəlir: 1000 nəfərə 13,8 doğum.
Doğumun çox olduğu başqa bölgələr bunlardır:
Cəlilabad - 1000 nəfərə 13,1 doğum
Qobustan - 12,7
Astara - 12,2
Laçın, Zərdab - 11,7
Şamaxı - 11,6
Ağcabədi - 11,3
Lerik, Sabirabad - 11,2
Siyəzən, Ucar - 11,1
Ağdam, Biləsuvar - 11.
İlin ilk rübündə Bakıda 1000 nəfərə 7,8 doğum qeydə alınıb. Paytaxtda ən yüksək göstərici Qaradağ rayonunda rəsmiləşib: 1000 nəfərə 12,4 doğum.
Toğrul Əli,
Medianews.az