Medianews.az
Pələng kişini<span style=color:red> parçaladı
175 baxış

Pələng kişini parçaladı

Hindistanda pələng 35 yaşlı kişini parçalayıb. Medianews.az xəbər verir ki, faciəli hadisə Uttarakhand ştatındakı Korbet Milli Parkı yaxınlığında baş verib. Vinod Kumar və bir qrup yerli sakin Aampani ərazisində odun yığmaq üçün meşəyə gedib. Yırtıcı qəflətən ona hücum edib və onu cəngəlliyə sürükləyib. O, adamı parçalayıb, sonra isə yoldaşlarının qışqırığından qorxaraq qaçıb. Meyit hücum yerindən 100 metr aralıda tapılaraq məhkəmə-tibbi ekspertizaya göndərilib. Meşə Təsərrüfatı İdarəsi mərhumun ailəsinə təzminat ödəyəcəyinə söz verib. Yırtıcıların təbii yaşayış yerlərinin azalması səbəbindən insanların məskənlərinə getdikcə yaxınlaşdığı bu regionda pələnglərin insanlara hücum etməsi ilk hadisə deyil. Medianews.az

Bizə qoşulun